- Köhnə - Region
- 20 İyun 2014 21:12
- 11 574
Ermənistan Müdafiə Nazirliyinin Naxçıvan yalanı
Ermənistanın "Reqnum" agentliyi və "Razm.info" saytı xüsusi olaraq Azərbaycana qarşı dezoinformasiyalar yayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyətinə yalan informasiya sırımaqla məşquldurlar.
Naxçıvandakı hərbi mənbələrdən Aktual.az-a daxil olan məlumatda bildirilir ki, Naxçıvanda heç bir atışma olmayıb:
"Ermənistan ordusundakı "dedovşina" halları, xaos o həddə gəlib çatıb ki, əsgərlər, zabitlər bir-birlərini güllələyib öldürürlər.
Naxçıvanın Sədərək rayonu ilə həmsərhəd olan Araratda Ermənistan ordusunun əsgəri öz əsgər yoldaşını güllələyib. Ermənistan Müdafiə Nazirliyi də bu məlumatı özlərinin "dezoruporları" vasitəsi ilə dünya ictimaiyyətinə fərqli şəkildə ötürüb, Azərbaycana qarşı istifadə etməyə çalışırlar".