3 övladını vəhşicəsinə döyən ana həbs edildi

Ermənistanın hüquq-mühafizə orqanlarına 3 övladını vəhşicəsinə döyən ananı həbs edib.

ANS PRESS-in "Armtoday" saytına istinadən verdiyi məlumata görə, ananın övladlarını vəhşicəsinə döyməsi barədə məlumat Ermənistanın hüquq-mühafizə orqanlarına daxil olub.

Məlumata əsasən hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Bundan başqa, Ermənistanın ombudsmanı Karen Andrasyan da olay yerinə gedib. Müşahidələr zamanı uşaqlaırn bədənlərində çapıq yerləri müşahidə olunub.

Övladlarını döyməkdə ittiham olunan ana ilə danışıqlar aparılır. Qadın dindirilmə zamanı övladlarını döyməsini inkar etməyib. Uşaqların nənəsi isə polisə qadın barədə şikayət edib. Nənənin sözlərinə görə, ana öz uşaqlarına vəhşilik edir.

Nənə uşaqlaır saxlamaq gücünə malik olmadığı üçün onlar internat məktəbinə göndəriliblər. Övladını vəhşicəsinə döyən ana isə həbs edilib. Hazırda zorakı ana dindiriləcək.

AzNews.az