- Köhnə - Region
- 25 İyun 2014 10:03
- 4 436
Ukrayna NATO-dan nə xahiş edib?
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı nümayəndə heyətindən məlumat verilib.
Xəbərdə bildirilib ki, görüşdə Ukrayna prezidenti Petr Poroşenkonun ölkənin cənub-şərq bölgəsindəki gərginliyin aradan qaldırılması üçün təklif etdiyi sülh planının həyata keçirilməsi məsələsi müzakirə ediləcək: "Ukrayna NATO-nun ən fəal əməkdaşlarından biridir. Artıq bu missiya öz töhfəsini verir. İndi isə Ukrayna ona müttəfiq kimi dəstək verilməsini xahiş edir".
Xatırladaq ki, Krımın ilhaq edilməsindən sonra Rusiyanın Ukraynaya qarşı ərazi iddiasının davam etdirməsindən narahat olan rəsmi Kiyev ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı konkret addımlar atamasını xahiş edir.
Aydan Axundova
AzNews.az