Deputatlar Rusiyada toplaşdı

Rusiyanın paytaxtı Moskvada 3-cü beynəlxalg parlamentarlər forumu fəaliyətə başlayıb. Başlıca mövzusu müasir dünyada parlamentarlərarası dialoqun əhəmiyyəti olan forumda 60 ölkədən 300-ə yaxın millətvəkili iştirak edir.

Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində fəaliyyətə başlayan forumun açılışını eden Rusiya Dumasının spikeri Sergey Narışkin, bir zamanlar dünyaya hökm edən Avropa dövlətlərinin indi okeanın o tərəfindən gələn əmrlərlə hərəkət etdiklərinə diqqət çəkdi və bunun iqtisadi, siyasi böhranlara, eləcə də minlərlə insanın ölümünə səbəb olduğunu dedi. Konfransın digər iştirakçıları da müasir dünyada beynəlxalg hüquq normalarının qarşılaşdığı təhdidlərə diqqət çəkdilər.

"Əlbətdəki bu qədər ölkənin iştirak etdiyi bir konferans İraq və Suriyadakı hadisələri ve illərdən bəri həll olunmayan Qarabağ münaqişəsini də bir daha dilə gətirməyimiz üçün gözəl bir fürsətdir. Bu meseleler heç bir zaman unudulmamalıdır və haqlı olduğumuz bu məsələnin hər zaman üzərində durulmalı və onun həllində israr etmək lazımdır" – deyə türkiyəli millət vəkili Salih Kapusuz bildirib.

Rusiyalı politoloq Sergey Markov hesab edir ki, Qarabağ münaqişəsinin həll olunmamasının səbəbkarı ABŞ-dır.

"Düzdür Qarabağ münaqişəsi illərdən bəri həll olunmadı. Bunun başlıca səbəbkarı da ABŞ-dır. Ancag dəyişən dünyada əlbətdəki bu məsələyə də yenidən baxmaq lazımdır. Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə bu torpaqlardan didərgin düşmüş qaçqınları ora qaytarmaq lazımdır. Daha sonra ise Qarabağın hüquqi statüsü müzakirə oluna bilər".

Qeyd edək ki, siyasi müşahidəçilər Moskvada keçirilən bu forumu Rusiyanın rəhbərliyində ABŞ-a qarşı başladılan siyasi həmlə olaraq dəyərləndirirlər.

AzNews.az