- Köhnə - Region
- 27 İyun 2014 08:37
- 4 969
Ukraynada döyüşlər yenə qızışdı - Atəşkəsə əməl olunmadı
AzNews.az xəbər verir ki, Ukrayna Milli Qvardiyasının mətbuat xidmətindən verilən məlumata görə, yerli vaxtla 19:00 radələrində separatçı qrup tank və zirehli texnikanın köməyi ilə Ukrayna hərbçilərinin postlarına atəş açmağa başlayıblar. Slavyansk şəhərinin şimal-qərb bölgəsində yerləşən postlar isə hücuma məruz qalıb.
Bir neçə saat çəkən döyüşlər zamanı Milli Qvardiyanın döyüşçüləri separatçılara məxsus tankı məhv ediblər. Lakin hərbçilər arasında da itkilər var. Döyüşdə 1 hərbçi vəfat edib, iki nəfəri isə yaralanıb.
Terrorçuların itkiləri isə hesablanır.
Ukrayna daxili işlər naziri Arsen Avakov da məlumatı təsdiqləyib.
Aydan Axundova
AzNews.az