- Köhnə - Region
- 27 İyun 2014 12:47
- 5 950
Tərəflər ağır texnikadan istifadə edir – Donetsk alov içində
Ukraynanın cənub-şərqində gərgin olan vəziyyət sakitləşmək bilmir.
AzNews.az-ın Ukrayna mediasına istinadən xəbər verir ki, Donetsk vilayəti Kromotorsk və Slavyansk ətrafındakı Karaçun istiqamətində silahlı separatçılar hökumət qüvvələrinə hücum ediblər.
Analoji hücum faktı Artyomovskdakı hərbi hissədə də qeydə alınıb. Hərbi hissəyə hücum zamanı 4 hərbçi həlak olub, 6-sı isə yaralanıb.
Kramatork yaxınlığında posta hücum zamanı isə separatçılar Rusiya istehsalı olan 8 tankdan istifadə ediblər. Postlar minaatanlardan da atəşə tutulub.
Döyüş zamanı hərbçilərin 4 zirehli texnikası və 1 minaatıcı qurğusu sıradan çıxıb. Terrorçuların isə 1 tankı məhv edilib.
Aydan Axundova
AzNews.az