Türkiyədən ABŞ-a sərt cavab

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindəki xristian kilsələrilə bağlı qəbul etdiyi qanun layihəsinə rəsmi Ankara sərt reaksiya verib.

ANS PRESS-in məlumatına görə, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindəki xristian kilsələrilə bağlı olaraq qəbul etdiyi qanun layihəsi Ankarada narahatlıq yaratdı.

Xarici İşlər Nazirliyi layihəyə görə "yersiz tənqidlər, səhv məlumatlar və əsassız ittihamlar" sözlərini dilə gətirdi.

Qeyd edək ki, həmin qanun layihəsi ABŞ Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul edilib.

AzNews.az