Avropa İttifaqının sədri: “Atəşkəsin təmin olunmasına əmin olmaq istəyirik”

Avropa İttifaqı Ukraynanın şərq vilayətlərində separatçılarla atəşkəsin son 3 gün ərzində birdəfəlik elan olunmasını gözləyir.

AzNews.az-ın xarici mediaya istinadən xəbər verir ki, bu barədə narahatlıq Avropa İttifaqının sədri Herman Van Rompey tərəfindən açıqlanıb. Aİ sədr qurumun sammitinin yekunlarına dair Brüsseldə keçirilən mətbuat konfranslnda bildirib ki, təmsil etdiyi təşkilat səbirsizliklə iyunun 30-dək atəşkəs məsələsində konkret addımlar atılmasını gözləyir: "Biz atəşkəsin təmin olunmasına əmin olmaq istəyirik".
Rompey qeyd edib ki, Ukrayna prezidenti Petr Poroşenkonun qarşıdurmanın dayandırılmasına dair səylərinin nəticə verməməsinə, əks tərəfin atəşkəsi pozmasına təəssüflənir.

Aİ sədri onu da bildirib ki, İttifaqa üzv dövlətlərin başçıları Poroşenkonun sülh planını tam şəkildə dəstəkləyirlər.

Xatırladaq ki, Ukrayna prezidenti Petr Poroşenko ölkənin şərqində təkrar olaraq, 30 iyun saat 22:00-yə kimi atəşkəs rejiminin tətbiq olunmasını təklif edib.

Aydan Axundova
AzNews.az