Əminə Ərdoğan ağladı

Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, iclas zamanı prezidentliyə namizəd baş nazir Ərdoğan olaraq açıqlanıb. Baş nazirin namizədliyi açıqlanmadan əvvəl Ərdoğanın müxtəlif dövrlərə aid fotoşəkillərindən ibarət bir videosu nümayiş olunub.

Qısametrajlı filmin nümayişi əsnasında baş nazirin xanımı Əminə Ərdoğan və baş nazirin müavini Bülent Arınç gözyaşlarını tuta bilməyib.

Bu hadisə kameraların obyektivindən yayınmayıb.

AzNews.az