Ermənistanda qarşıdurma: xalq ayağa qalxdı – VİDEO

Elektrik enerjisinin qiymətinin bahalaşması qərarı Ermənistanda gərginlik yaradıb.

AzNews.az-ın "regnum"a istinadən verdiyi xəbərə görə, İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyanın elektrik enerjisinin qiymətinin 10 faiz qaldırılması qərarı narazı kütlənin və bu aksiyalara dəstək verən müxalifət partiyalarının mitinq çağırışı ilə nəticələnib.
Artıq çoxlu sayda İrəvan sakini Komissiyanın binası qarşısına toplaşaraq, etiraz aksiyası keçirir. İlkin məlumata görə, aksiyaya gələnlərin sayı 200-ü keçib.

Razılaşmaya əsasən, aksiya fəallarından 10 nəfərinin qurumun hazırda davam edən iclasında iştirakı təmin olunub. Buna baxmayaraq, polis aksiyanı dağıtmağa cəhd edir.
Baş verən toqquşmalarda 27 aksiya iştirakçısı saxlanılıb.



Əhməd
AzNews.az
image description image description image description image description