Rusiya - Ukrayna sərhədində - ATIŞMA

Rusiyanın Ukrayna ilə sərhəd ərazisində yerləşən nəzarət buraxılış məntəqəsi gülləboran edilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə sərhəd idarəsinin nümayəndəsi Vasiliy Malaev verib.

O deyib ki, Rusiyanın Ukrayna ilə sərhəd zolağında yerləşən "Novaşaxtinsk" keçid məntəqəsinə ciddi zərər dəyib:
"Ukrayna ilə sərhəddimizdə baş verən silahlı toqquşma nəticəsində bizim ərazidə olan "Novaşaxtinsk" sərhəd-keçid məntəqəsi atəşə məruz qalıb. Hadisə zamanı məntəqədə olan silah-sursat partlayıb. Əməkdaşlardan heç kim xəsarət almayıb".

Məlumatda o da qeyd olunub ki, Ukrayna ərazisində gedən toqquşmalarla bağlı Rusiya öz ərazisindəki keçid məntəqələrinin bəzilərini bağlayıb. Bunlar "Donetsk", "Novaşaxtinsk" və "Qukovo" keçid məntəqələridir.

Aydan Axundova
AzNews.az