Müdafiə naziri və Baş Qərargah rəisi dəyişdirildi

Ukraynanın müdafiə naziri və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişdirilib.

AzNews.az-ın məlumatına görə, prezident Petr Poroşenkonun müdafiə naziri Mixail Kovalın vəzifəsindən azad olunması barədə Ali Radaya etdiyi təqdimat müsbət dəyərləndirilib. Prezidentin təqdimatı ilə Dövlət Mühafizə İdarəsinin rəisi, general-polkovnik Valeri Qeletey müdafiə naziri vəzifəsinə təsdiqlənib.

M. Koval isə Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini təyin olunub.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çıxarılan Mixail Kutsinin yerinə isə bu posta general-leytenant Nikolay Mujenkonu təyin edilib.

P. Poroşenko parlamentdəki çıxışı zamanı deyib ki, Baş Qərargah rəisi Mixail Kutsin döyüşdə yaralandığı üçün vəzifəsindən çıxarılması məcburiyyətində qalınıb: "Mixail Kutsin antiterror əməliyyatı zamanı kontuziya alıb və hospitaldadır. Müdafiə naziri Mixail Kovala da təşəkkür edirəm. Xidmətə görə çox sağ olun, generallar!"

Xatırladaq ki, N. Mujenko Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.

AzNews.az