Ukraynada separatçı “DXR”ın qərargahı dağıdıldı – Fotolar

Ukraynada hökumət qüvvələri qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) əsas qüvvələrinin toplaşdığı Donetsk şəhərinə doğru irəliləyirlər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu gecə saatlarında Donetsk vilayətinin iri yaşayış məntəqələrindən sayılan Artyomovsk şəhərində geniş əməliyyat keçirib.

Əməliyyat zamanı ölən və yaralananların olması haqda məlumat verilmir.

Ukraynanın daxili işlər naziri Arsen Avakov isə açıqlamasında bildirib ki, DİN-in "Artyomovsk" batalyonu adıçəkilən şəhərdə kəşfiyyat reydi həyata keçirilib. Əməliyyat zamanı şəhər prokurorluğunun binasında yerləşən separatçı "DXR"ın qərargahı məhv edilib.

Aydan Axundov
AzNews.az
image description image description image description image description