- Köhnə - Region
- 7 İyul 2014 13:13
- 6 394
Separatçılar 7 şəhərə hələ də nəzarət edir - Ukrayna
AzNews.az-ın Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bölgədə gərginlik davam edir və Donetsk, Qarlovka, Luqansk, Snejnıy, Antratsir, Krasnodar və Severodonetskdə vəziyyət daha ağırdır. Sutka ərzində qanunsuz qruplaşmalar tərəfindən Ukrayna Silahlı Qüvvələrinə məxsus postlar 10 dəfə atəşə tutulub.
Terrorçular minaatanlardan Amvrosievka, Doljanskiy, Rubejnoe və Kremennoe yaşayış məntəqələrinə atəş açıb.
Məlumatda o da qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün səyləri terrorçuların bazalarını məhv etmək, sərhəd ərazidə nəzarəti bərpa etmək və münaqişə zonasını etibarlı surətdə izolyasiya etməkdir. Bununla bərabər əsəs diqqət dinc əhali arasında itkinin qarşını almağa da yönəldilib.
Nazirlikdən bildirilib ki, Ordunun mühəndis-istehkam qrupları yolların, körpü və binaların təmizlənməsi üzərində iş aparır.
Aydan Axundova
AzNews.az