ABŞ Ukraynaya hərbi avadanlıqlar göndərdi

ABŞ Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində aparılan əməliyyatlarda döyüşən hərbçiləri üçün 2 min ədəd zirehli gödəkcə verib.

AzNews.az yerli mediaya istinadən xəbər verir ki, zirehli gödəkçələr Ukrayna Müdafiə Nazirliyinin istəyi ilə Kiyevə gətirilib.

Bundan başqa ABŞ yardım çərçivəsində Ukraynaya min hərbi səhra yataq dəsti, 3,6 min kamuflyaj gödəkcə, 400 qutu cuna sarğı, min dəbilqə üçün örtük də gətirib.

Həmçinin, ABŞ Ukrayna Ordusuna ilk yardım dəstləri, gecə görmə cihazları, rabitə vəsaitləri və sairə hərbi təyinatlı avadanlıqlar verəcəyini də açıqlayıb.

Aydan Axundova
AzNews.az