- Köhnə - Region
- 9 İyul 2014 20:25
- 5 338
Oğullarını edam etdirən sabiq məhkəmə sədri öldü
Bu barədə SalamNews İran mətbuatına istinadla xəbər verib.
Ayətullah Gilani verdiyi hökmlə iki oğlunu eyni vaxtda edama məhkum edən ilk müctəhid kimi tanınır.
O, 33 il əvvəl - İran İslam İnqilabının qələbə çalmasından cəmi iki il sonra iki oğlunun "Xalq mücahidləri" terror təşkilatı ilə əlbir olmasından xəbərdar olub. Həmin vaxt İran İnqilab Məhkəməsinin sədri olan ayətullah Gilani gecə ikən onların edam hökmünü verib.
Bəzi mənbələr onun üçüncü oğlunun da bu şəkildə - atası tərəfindən edam edildiyini bildirir.
AzNews.az