- Köhnə - Region
- 11 İyul 2014 09:39
- 4 670
Oğurlanan ikonalar ələ keçirildi
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, gecə saatlarında antiterror əməliyyatını həyata keçirən hökumət qüvvələrinə dəfələrlə hücum faktı qeydə alınıb.
Luqansk vilayətinin Rayqorodka qəsəbəsi yaxınlığındakı post atıcı silahlardan, Staraya Krasnyanka məntəqəsi minaatanlardan, Zelenopole isə "Dolu"dan atəşə tutulub.
Zelenopole qəsəbəsindəki postlara isə atəş Rusiya sərhədindən açılıb. İtkilər barədə məlumatlar dəqiqləşdirilir. Hərbçilər arasında isə 7 nəfər yaralanıb.
Gərgin döyüşlər isə hökumət qüvvələrinin nəzarət etdiyi Donetsk Hava Limanı ərazisində gedib. Hava limanını ələ keçirmək istəyən separatçılar buranı minaatanlardan və zenit-artilleriya qurğularından atəşə tutublar.
Ötən gecə həyata keçirilən əməliyyat nəticəsində isə Donetsk vilayətində külli miqdarda pul və oğurluq ikona aşkar olunub.
Hərbçilər Olenevka qəsəbəsi ərazisinə baxış keçirən zaman "Maroder" markalı maşın saxlanılıb. "Maroder"ə baxış zamanı 100 min ABŞ dolları və 40 ədəd antik ikona aşkar edilərək, götürülüb.
Aydan Axundova
AzNews.az