3 hərbçi öldü, 12-si yaralandı - Ukrayna

Ukraynanın şərq bölgəsində antiteror əməliyyatları davam edir. AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hazırda Luqansk ətrafında qızğın döyüşlər gedir.

Bildirilir ki, Ukrayna Hərbi-Hava Qüvvələri Luqansk yaxınlığında separatçıların mövqelərinə endirdiyi zərbələr nəticəsində 50 silahlı öldürülüb. Yerli mətbuat yazır ki, avia zərbələr Luqansk aerodromuna yaxın meşə zolağı və ruspərəst qüvvələrin toplaşdığıyeürlərə endirilib. 3 ukraynalı hərbçinin öldüyü, 12-nin yaralandığı döyüşləyrə Ukrayna ordusuna məxsus "BMP-2" piyadaların döyüş maşını minaya düşüb. Silahlılar Ukrayna ordusunun nəzarətində olan Donetsk hava limanını minaatanlardan, qumbaraatanlardan və zenit qurğularından atəşə tutublar. Atılan minalardan biri şaxtaçıları daşıyan avtobusa tuş gəlib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İntiqam Valehoğlu
AzNews.az