- Köhnə - Region
- 10 Sentyabr 2014 17:28
- 2 718
Prezident evləndi

ANS PRESS-in məlumatına görə, cütlük nikah mərasimi bu gün Gürcüstanın şərqində Duşeti şəhərində keçirilib. Mərasimlə bağlı əlavə məlumat verilmir.
Qeyd edək ki, Marqvelaşvili və Çiçua çoxdan birlikdə yaşayır. İndiki prezidentin ailə vəziyyəti haqqında məsələ keçən il seçkilər ərəfəsində meydana çıxmışdı. Ənənəvi ailə dəyərlərinin tərəfdarı olan bəzi gürcü seçicilərinə Marqvelaşvilinin indiyədək subay qalması xoş gəlmirdi.
Buna cavab olaraq Marqvelaşvili bildirmişdi ki, seçicilərin gözlərində yaxşı görünmək üçün evlənmək niyyətində deyil. Ancaq sevgi ilə nikaha daxil olmağa hazırdır.
"Mən piara görə evlənmərəm. Bu hislərə təhqir olacaq. Mən ailəni yalnız sevgidə yaratmaq istəyirəm çünki güclü və dözümlü ailədə məhəbbət yaşayır", deyə Gürcüstan prezident bildirmişdi.
Yeni evlənən cütlük hazırda uşaq gözləyir. Bununla belə cütlüyün artıq birinci nikahdan uşaqları var.
AzNews.az