İran prezidenti Həsən Ruhani ABŞ-ın təşəbbüsü ilə İŞİD-ə qarşı yaradılan koalisiyanı tənqid edib. İran prezidenti Həsən Ruhani ABŞ-ın təşəbbüsü ilə İŞİD-ə qarşı yaradılan koalisiyanı tənqid edib.

“İŞİD-i Amerika silahlandırır” – Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ-ın təşəbbüsü ilə İŞİD-ə qarşı yaradılan koalisiyanı tənqid edib.


AzNews.az xarici mətbuata istinadən xəbər verir.

H. Ruhani anti-İŞİD koalisiyası ilə bağlı şərhlərini Tehranda "NBC" kanalına eksklüziv müsahibəsində bildirib. İran prezidenti iddia edib ki, bu koalisiyanı yaradanlar İŞİD-i silah və hərbi təlimlərlə təmin edənlərdir. O, sözügedən terror təşkilatına qarşı hazırlanan strategiya planını "gülünc" adlandırıb. Ruhani müsahibəsində İŞİD yaraqlılarına xəbərdarlıq edərək bildirib ki, İran paytaxt Bağdad və müqəddəs şəhərlər Nəcəf və Kərbəlanın tutulmasına imkan verməyəcək. Ruhani həmçinin, bildirib ki, İraq hökuməti kömək üçün İrana müraciət edərsə, terrorçularla mübarizə üçün hər cür yardım göstəriləcək.

Əksər İraq rəsmiləri isə ölkələrində terrorizmin yayılmasına görə, Səudiyyə Ərəbistanı, Qətər və bir sıra ərəb ölkələrini günahlandırır.

Xəyalə Mahmudova