Türkiyəli sahibkar Ermənistana yatırım edir - ŞOK

Türkiyənin “Öztürklər Holdinq” şirkəti Ermənistan iqtisadiyyatına yatırım edən ilk türk firması kimi tarixə düşüb.



AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, holidinqin sahibi Yusuf Öztürk məsələ ilə bağlı açıqlama verərək bildirib ki, onlar ilkin olaraq İrəvanda çoxmərtəbəli ticarət mərkəzi inşa etməyi planlaşdırırlar: "Ermənistan kiçik ölkə olmasına baxmayaraq burada pul qazanmaq imkanları mövcuddur, mən bu ölkəyə biznes yatırımı edən ilk türkəm. Gələcəkdə Ermənistanda 5 minə qədər ev tikməyi planlaşdırıram".

Ermənistan hökuməti də öz növbəsində türkiyəli sahibkara heç bir problem yaradılmayacağını bildirib.


Xəyal Əzizov
AzNews.az