“Bakı-Tbilis-Qars dəmir yolu layihəsi digər ölkələrin iştirakı üçün açıqdır”. “Bakı-Tbilis-Qars dəmir yolu layihəsi digər ölkələrin iştirakı üçün açıqdır”.

“2014-cü ilin sonunda ilk sınaq qatarı xəttə buraxılacaq”

“Bakı-Tbilis-Qars dəmir yolu layihəsi digər ölkələrin iştirakı üçün açıqdır”.



AzNews.az xəbər verir ki, bunu Bakıda keçirilən "Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar" beynəlxalq konfransda nəqliyyat naziri Ziya Məmmədov bildirib.

"Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikilməsi 2007-ci ilin fevralın 7-də Tiflis şəhərində "Bakı-Tiflis-Qars" dəmir yolu xətti haqqında" Hökumətlərarası Sazişin imzalanmasından sonra başlanılıb. Bu layihəyə maraq göstərən ölkələr üçtərəfli sazişə qoşula bilər", - deyə Z. Məmmədov bildirib.

Nazirin sözlərinə görə, dəmir yolu xətti üzrə 2014-cü ilin sonunda artıq ilk sınaq qatarı xəttə buraxılacaq. Layihə tam olaraq 2015-ci ildə yekunlaşacaq.

O, həmçinin bildirib ki, layihə üzrə Türkiyə ərazisində 75,6 km sahənin tikintisi, Gürcüstanda 183 km-lik sahənin tikinti və rekonstruksiyası, Türkiyə Gürcüstan sərhədində isə 4,5 km uzunluğunda tunelin tikintisi aparılır.


"Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 km dəmir yolu örtüyü yenidən qoyulub, Kür çayı üzərində yeni Poylu körpüsü inşa edilib, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır", - deyə nazir əlavə edib.

Z. Məmmədov qeyd edib ki, Gürcüstan ərazisində işlər Azərbaycan hökumətinin ayırdığı 775 mln. ABŞ dolları məbləğində güzəştli kredit hesabına maliyyələşdirilir.