Bu dəfə “Raad” Havadan Müdafiə Sistemləri sınaqdan çıxarıldı Bu dəfə “Raad” Havadan Müdafiə Sistemləri sınaqdan çıxarıldı

İrandan daha bir uğurlu sınaq

Bu dəfə “Raad” Havadan Müdafiə Sistemləri sınaqdan çıxarıldı

İran tamamilə İranlı mühəndislərin hazırladığı "Raad" Havadan Müdafiə Sistemlərini sınaqdan keçirib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, sınaq çox uğurlu alınıb.

Belə ki, 50 kilometr uzaqlıqda və 22 kilometr hündürlükdə hərəkət edən hədəf tam dəqiqliklə vurulub. İslam İnqilabı Keşikçilər Korpusunun generalı Əmir Əli Hacızadə bildirib ki, "Raad" sistemləri sırf ABŞ təyyarələrini zərərsizləşdirmək üçün yaradılıb.

O, həmçinin sistemin əvvəldən axıra qədər iranlı mühəndislərin işi olduğunu vurğulayıb. Qeyd edək ki, İran artıq bir müddətdir ki, hərbi təlimlər və uzaq mənzilli raketlərin sınağını keçirir. Verilən ən son məlumatlara görə, fars körfəzində hərbi dəniz qüvvələrinin də təlimləri başlayıb.

Sadiq Musa
AzNews.az