- Köhnə - Region
- 28 Dekabr 2014 18:18
- 4 048
Türkiyədə gərginlik: Bu gün dükanlar açılmadı
Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda gərginlik davam edir.
Musavat.com-un məlumatına görə, bu gün rayonda heç bir ticarət və iaşə obyekti işləmir. Nur məhəlləsində yüzlərlə üzü bağlı şəxs aksiya keçirməyə cəhd edib. Aksiyaya müdaxilə edən polislərlə nümayişçilər arasında gərginlik baş verib.
Aksiyaçılar polislərə daş atıblar, polislər isə gözyaşardıcı qazdan istidafə ediblər. Polis müdaxiləsindən sonra qruplar ara küçələrə qaçıblar. Polislər ərazidə ciddi təhlükəsizlik tədbiri görüblər.
Qeyd edək ki, dünən Cizredə PKK-nın gənclik qolu ilə Xüda-Par üzvləri arasında silahlı insident baş vermişdi.
Nəticədə 3 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdı.