- Köhnə - Region
- 4 Yanvar 2015 10:56
- 6 479
8 ardıcıl zəlzələ- Rusiyada
Rusiyanın Buryatiya vilayətində sutka ərzində bir-birinin ardınca 8 zəlzələ baş verib.
AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, təkanların ən güclüsü 4,9 bal olub.
Zəlzələlərin episentri Severomuysk yaxınlığında qeydə alınıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində tələfat və dağıntılar yoxdur.