“Xankəndi” istifadəyə verildi

"Xankəndi" aeroportu rəsmi olaraq istifadəyə verildi. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı qondarma Dağlıq Qarabağ Respublikası yanında Mülki Aviasiya İdarəsi rəisi Dmitri Atbaşyan açıqlayıb.

Onun sözlərinə görə, artıq rəsmi olaraq sertifikat alınıb: "Bu həm aereportun beynəlxalq qaydalar uyğunluğunu və onun uçuşlara başlamaq hüququnu sübut edir".

Xəbərdə bildirilir ki, sertifikat sentyabrın 28-də alınıb. Uçuşların başlanma vaxtı və qrafiki barədə isə hələ heç bir məlumat yoxdur.

Sevinc
AzNews.az