Yaralananlar və həbs edilənlər var Yaralananlar və həbs edilənlər var

Bişkek mitinqində odlu silahdan atəş açıldı

Yaralananlar və həbs edilənlər var



Bişkekin mərkəzində mitinq iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmada bir neçə nəfər həbs edilib, yaralananlar var. 3 nəfərin odlu silahdan açılan atəşlə yaralandığı bildirilir.

Səhiyyə Nazirliyinin məlumatnda görə, ikisi milis əməkdaşı olmaqla 3 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə görə, onlar travmatık silahdan açılan atəşdən yaralanıb.

Daxili işlər naziri Zarılbek Rısalıyev mitinq zamanı saxlananların olduğunu bildirsə də, onların dəqiq sayı barədə məlumat verməyib.

Elnarə Əlosmanqızı
AzNews.az