İran ordusunun ölümcül silahı- VİDEO

Suriya məsələsində həmişə Bəşər Əsədin yanında dayanan rəsmi Tehran isə yeni raketini nümaiş etdirib.



ANS-in Tehran bürosunun məlumatına görə, İran İslam Respublikasında Şəhidlər Günü münasibətilə qanadlı "Qadir" raketlərinin seriyalı istehsalı start götürüb.

Raketin istehsalat xəttinin işə salınması ilə bağlı təşkil olunmuş mərasimdə çıxış edən İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan bildirib ki, "Qadir" adlı qanadlı raketlər tez bir zamanda döyüş vəziyyətinə gətirmək, maksimal dəqiq naviqasiya avadanlığı vasitəsilə çox aşağı hündürlükdən uçmaq və 300 kilometr məsafədən hədəfi vurmaq xüsusiyyətlərinə malikdir.

İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandiri Sərdar Fədəvinin sözlərinə görə, raket sisteminin maksimal hədəfi vurmaq məsafəsi 300 kilometrlə məhdudlaşmır: "Raket gəmi və ya helikopterlərdən buraxılan zaman onun hədəfi vurma məsafəsi də artır".

İranın Müdafiə Naziri xəbər verib ki, yeni raket sistemləri qarşıdakı aylarda İran İslam Respublikasının Silahli Quvvələrinə təhvil veriləcək.