Rusiyadan Serjə daha bir zərbə

Moskva və Bütün Rusiya patriarxı Kiril aprelin 24-də İrəvana getməyəcək.


ANS PRESS-in məlumatına görə, bu barədə erməni katolikosu Qaregin açıqlama verib.

Onun sözlərinə görə, patriarx qondarma erməni soyqırımının 100 illiyi münasibətilə təşkil edilən tədbirlərdə iştirak edə bilməyəcək.

Qaregin bildirib ki, patriarx Kirilin əvvəlcədən başqa yerə səfəri planlaşdırılıb.

Erməni katolikosun sözlərinə görə tədbirlərdə Rusiya Provaslav kilsəsinin nümayəndələri iştirak edəcək. Lakin Qaregin Rusiya Provaslav kilsəsinin yüksək səviyyəli nümayəndələrinin iştirak edib-etməyəcəyi barədə heç bir açıqlama verməyib.