- Köhnə - Region
- 9 Oktyabr 2012 04:11
- 7 841
Saakaşvili ilə İvanişvilinin görüşü gözlənilir

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, görüşdə parlament seçkilərindən sonra Gürcüstanda vəziyyət, yeni parlamentin ilk iclasına hazırlığın müzakirə olunması planlaşdırılır. Qeyd edək ki, parlamentin ilk iclasında yeni hökumətin tərkibi təsdiq olunmalıdır. Dünən İvanişvili nazirlər postuna namizədlərin siyahısını açıqlayıb. Seçki ərəfəsində gərgin mübahisələrə baxmayaraq İvanişvili bildirib ki, "Saakaşvili konstruktiv mövqe tutduğu halda onunla əməkdaşlıq etməyə hazırdır".
Gürcüstan parlamentinin yeni tərkibində "Gürcü arzusu" koalisiyası 83 mandata, hakim "Vahid milli hərəkət" isə 67 mandata sahibdir.
AzNews.az