- Köhnə - Region
- 10 Oktyabr 2012 07:46
- 10 812
İran MAQATE ilə razılaşdı

Salehi qərbin nüvə proqramı ilə bağlı iddialarını da gülünc adlandırmaqdan çəkinməyib. "Bizim sülh məqsədli uranı zənginləşdirmək haqqımız var. Onların əlində nüvə silahı hazırlamaq üçün işlər apardığımız barədə heç bir sübut yoxdur. Bizim qarşımıza elə tələblər qoyurlar ki, biz onları yerinə yetirməyə borclu deyilik".
Qeyd edək ki, MAQATE çoxdandır ki, İrandan Parçindəki hərbi obyektlərdə yoxlama aparmaq istəyir. Ancaq İran hələ ki, icazə vermir. Beynəlxalq Atom Enerjisi Təşkilatı iddia edir ki, nüvə proqramı ilə bağlı əsas elmi və texniki hazırlıqlar məhz Parçindəki hərbi obyektlərdə aparılır.
Sadiq Musa
AzNews.az