- Köhnə - Region
- 28 İyun 2015 19:28
- 3 790
Moskva 6 nəfəri qətlə yetirən Valerini Ermənistana verdi - VİDEO
Yanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun cinayət işi Ermənistana təhvil verilib.
ANS TV-nin "News.am"istinadən verdiyi məlumata görə, cinayət işi ilə bağlı materialların Ermənistana təhvil verilməsi iki ölkə arasında mövcud olan anlaşmaya əsasən həyata keçirilib.
Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.