İrəvanda elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər yenidən Baqramyan prospektinə toplaşıblar. İrəvanda elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər yenidən Baqramyan prospektinə toplaşıblar.

Etirazçılar yenidən İrəvanın mərkəzinə toplaşdılar

İrəvanda elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər yenidən Baqramyan prospektinə toplaşıblar.



APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu axşam aksiyanın təşkilatçılarından biri David Sansaryan mübarizənin yeni strategiyasını bəyan edəcək.

Hazırda fəalların hansı addımlar atacağı bəlli deyil. Aksiyanın təşkilatçıları qeyd ediblər ki, onların hərəkətləri sülh xarakterli olacaq. Hüquq-mühafizə orqanlarının iddiasına görə isə, fəallar polisə qarşı təxribat hazırlayır, onlar küçədə çadır qurmaq və şəhərin digər yollarını bağlamaq niyyətindədirlər.