Dar paltar geyindikləri üçün həbs edildilər

Mərakeşdə iki qadın dar paltar geydiyi üçün hakim qarşısına çıxıb.


"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, mühakimə olunan iki qadını müdafiə üçün yüzlərlə vəkil məhkəməyə müraciət edib.

Qadın Hüquqları Mərkəzinin rəhbəri Fouzia Assouli açıqlamasında 500 vəkilin müraciət etdiyini bildirib.

Bildirilib ki, iki gənc qadının Agadir şəhərinin cənubundakı bazar yerindən keçərkən çox dar paltarlar geyindiyi və yoldan keçən insanların reaksiyası üzərinə polis tərəfindən tutulub.

Mərakeş cəza qanununa görə, ictimai yerdə əxlaq davranışların pozuntusundan bir aydan iki ilə qədər həbs cəzası nəzərdə tutulur.

Agadir və Casablanca şəhərlərində bu həftə etiraz nümayişləri təşkil edilməsi gözlənilir.