Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etirazlar səngimək bilmir. Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etirazlar səngimək bilmir.

İrəvanda etirazlar yenidən alovlanır

Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etirazlar səngimək bilmir.


AzNews.az RİANovosoti-yə istinadən xəbər verir ki, etirazlar bu dəfə "Ayağa qalx,Ermənistan" adı altında davam edəcək.

Hərəkatın cümə günü, yerli vaxtla saat 19:00-da Azadlıq meydanında keçirilməsi gözlənilir.
Bu barədə etirazçılar sosial şəbəkədə məlumat yerləşdiriblər.

"Baqramyan prospektində ictimai müzakirələr nəticəsində hərəkatın koordinasiyası üçün qərarların qəbul edilməsi mexanizmi hazırlanıb. "Ayağa qalx, Ermənistan" hərəkatının şurası formalaşdırılıb. Onun tərkibinə müzakirə iştirakçıları daxildir. Şuranın tərkibi və əsasnaməsi, həmçinin fəaliyyət proqramı cəmiyyətin müzakirəsinə və təsdiqinə təqdim ediləcək",-deyə məlumatda qeyd olunub.

Aydan Axundova