Məhbuslar İvanişvilidən xahiş etdi

Gürcüstanda seçkilərdə qalib gələn İvanişvili artıq insanların ümid yerinə çevrilib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, aclıq edən 30 məhbus onların işlərinə yenidən baxılmasını istəyiblər.

Bu barədə məlumatı yeni hökumətə hüquq müdafiəçisi Dimitri Lordkipanidce çatdırıb. Hüquq müdafiəçisi bildirib ki, aclıq aksiyası keçirənlərin əksəriyyəti sağalmaz xəstələrdir və onlar tezliklə azadlığa buraxılmalarını istəyirlər. Yeni hökumətdən isə bildiriblər ki, yeni parlament kütləvi amnistiya məsələsinə baxacaq. Ola bilər ki, həmin insanlar da azad olunsun.

Sadiq Musa
AzNews.az