Əsəd Ərdoğanı təhqir etdi - Ağalarının sözü ilə hərəkət edən oyuncaq

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Livanın “əl Mənar” telekanalına müsahibəsində keçmiş dostu, Türkiyə Prezidentini Rəcəb Tayyib Ərdoğanı təhqir edib.


Ərdoğanı ağalarının sözü ilə hərəkət edən oyuncaq adlandıran Suriya rəhbəri onun xəyallarla yaşayan uğursuz adlandırıb.

B.Əsəd bildirib ki, xalqın dövlətə inamı olmasaydı dörd ildən artıq müddətdə düşmənə qarşı mübarizə aparmazdı: "Xalqın dəstəyi olmadan heç bir dövlət və ordu uzun müddət müqavimət göstərə bilməz".

Terrorçu qruplaşmaları İsraillə əlaqələndirən Əsəd bildirib ki, Suriya böhranının həlli yaxın gələcəkdə görünmür: "Çünki beynəlxalq güclərin Suriyada öz maraqları var. ABŞ isə terrorun davam etməsini istəyir".