- Köhnə - Region
- 27 Avqust 2015 19:08
- 4 850
Türkiyədə daha bir terror - 1 ölü, 7 yaralı
Türkiyədə növbəti terror hadisəsi qeydə alınıb.
AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, PKK terrorçuları Şırnakın Cizre mahalına bağlı Nur Məhəlləsindəki Cizre Qarnizon Komandirliyinə lüləli silahlardan atəş açıb.
Hadisı zamanı 7 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələri dərhal terrorçulara cavab verib. Dəclə Elektrik Paylama AŞ (DEDAŞ) işçisi Məsud Vətən həyatını itirib.
Hücumda yaralanan 3 əsgər və 4 məhəllə sakini Cizre Dövlət Xəstəxanasına aparılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.