- Köhnə - Region
- 20 Oktyabr 2012 16:00
- 3 995
Erməni lobbisi İranla danışıqlara başladı - FOTOSESSİYA
Məqsəd Urmiyədəki soyqırım məzarlığı ilə bağlı məlumatların gizlədilməsidir
Ermənilərin Güney Azərbaycan şəhərlərində ötən əsrin əvvəllərində törətdiyi soyqırımın tarixi izləri tapılıb. Urmiyə şəhərində törədilən "Cilovluq soyqırımı"na aid məzarlıqda soyqırım qurbanlarının cəsədlərinin qalıqları aşkarlanıb.
Araşdırmalar soyqırım qurbanlarının diri-diri yandırıldığını da sübut edir. Güney azərbaycanlılara məxsus "Ayna newz" saytı xəbər verir ki, məzarlıq "15 Xurdad" adlı qız məktəbinin yenidənqurulması məqsədi ilə aparılan qazıntılar zamanı tapılıb. Sümük və kəllə sümüklərinin tapıldığı qazıntıda insan sümükləri ilə yanaşı saxsı qablar da üzə çıxıb.
Güneyli mənbələrin verdiyi məlumata görə, Tarixi Abidələri Qoruma İdarəsinin əməkdaşları qazıntının dayandırılması əmrini verib.
"BayBak" saytının məlumatına görə, erməni lobbisi artıq tarixi faktların gizlıdilməsi məqsədilə İran rəhbərliyi ilə danışıqlara başlayıb.
Alpər
AzNews.az