Ermənistanda əxlaqsızların sayı sürətlə artır

Düşmən ölkədə hər il ərzində 3 fahişə QİÇS-ə yoluxur



Ermənistanda fahişəlik "çiçəklənir". Ermənistan Daxili İşlər Nazirliyinin profilaktika şöbəsinin baş inspektoru Ara Srapyan və Elmi-Tibbi Mərkəzin rəhbəri Qurqen Porsuxyan İrəvanda keçirdikləri mətbuat konfransında
açıqladığı statistik rəqəmlər bunu söyləməyə əsas verir.

Mətbuat konfransında bildirilib ki, 2012-ci ilin ötən dövründə saxlanılan "gecə kəpənəkləri"nin sayı 240 nəfər olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 217 nəfər təşkil edib. Fahişələrin yarısı 25-30 yaşları arasındadır.

Ermənistan qanununa görə, əxlaqsızlıqla məşğul olanlar ilk dəfə saxlanıldıqları təqdirdə 50 dollar civarında cərimələnir. İkinci dəfə isə bu rəqəm 100 dollara qaldırılır.

Erməni fahişələrin göstərdikləri xidmət müqabilində qiymətləri 2,5 dollardan başlayır. Həkim Qurqen Porsuxyanın sözlərinə görə, erməni fahişələrinin 60 faizində müxtəlif xəstəliklər var.

Hər il ərzində 3 fahişə isə QİÇS-ə yoluxur. Porsuxyanın fikrincə, bu ölkənin milli təhlükəsizliyini böyük risk altına qoyur. Hazırda Ermənistanda fahişəliyin leqallaşdırılması ilə bağlı müzakirələr aparılır.

Elnarə Əlosmanqızı
AzNews.az