Türkiyədə kürdlərin kompakt yaşadığı Şırnak rayonunun Cizre rayonunda komendant saatı tətbiq olunmağa başlayıb. Türkiyədə kürdlərin kompakt yaşadığı Şırnak rayonunun Cizre rayonunda komendant saatı tətbiq olunmağa başlayıb.

Türkiyədə komendant saatı elan olundu

Türkiyədə kürdlərin kompakt yaşadığı Şırnak rayonunun Cizre rayonunda komendant saatı tətbiq olunmağa başlayıb.


AzNews.az anspress-ə istinadən xəbər verir ki, ötən axşam yerli vaxtla saat 20.00-də elan olunan komendant saatından sonra rayonun bəzi bölgələrində insidentlər başlayıb. Şəhər meriyasının elan etdiyi komendant saatından sonra rayonun bəzi məhəllələrində atışmalar başlayıb. Şırnaq meriyası komendant saatı barədə açıqlama yayıb:

"Separatçı terror təşkilatı üzvlərinin yaxalanması və bu vaxt mülki əhalinin canının və malının ziyan görməməsi üçün komendant saatına qərara verilib. Vətəndaşın canının və malının təhlükəsizliyinin təmin olunması və asayişin qorunması üçün təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini diqqətlə yerinə yetirirlər", – deyə bəyanatda qeyd edilib.

Komendant saatı müddətində rayonda elektrikvərabitəxətlərinin kəsildiyi bildirilir.