Əhmədinejatdan azərbaycanlılara daha bir ögey münasibət Əhmədinejatdan azərbaycanlılara daha bir ögey münasibət

Prezident soydaşlarımızla görüşməkdən imtina etdi

Əhmədinejatdan azərbaycanlılara daha bir ögey münasibət



İran prezidenti Mahmud Əhmədinejat bu ilin sentyabrında zəlzələ baş verən bölgəyə bu günə təyin edilən səfəri təxirə salınıb. Səfər çərçivəsində Əhmədinejad zəlzələdən zərər çəkənlərlə görüşməli, evlərin tikintisi ilə maraqlanmalı, yardımlarla bağlı son hesabatı açıqlamalı idi. Ancaq prezidentin səfəri havaların soyuq və yağıntılı olması səbəbindən təxirə salınıb. Bu barədə məlumatı "BayBək" saytı yayıb.

Saytın məlumatına görə, prezidentin səfərinin ümumilikdə 8 saat davam etməsi planlaşdırılsa da, Əhmədinejat bu bir neçə saatı belə soyuqda dayanmaqdan imtina edib: "Güney azərbaycanlılar zəlzələ bölgəsində aylardır ki, bezdən hazırlanan çadırlarda yaşamağa məhkumdurlar. Prezident unudub ki, soyuq havada çadırlar yağış altında islanır və gecələr buz kimi donur".

Saytın bildirdiyinə görə, zəlzələ bölgəsində dayanıqlı evlərin tikilməsi planlaşdırılsa da, sonradan bu qərar dəyişdirilib. "Əgər bu, islam dövlətinin azərbaycanlılara göstərdiyi insanlıqdırsa, biz bu insanlığı istəmirik" deyə sayt vurğulayıb.

Alpər Oğuz
AzNews.az