Sarkisyan: “Mənim həmyaşıdlarım öz işini görüb”

Qarabağda keçirilən təlimlərin sonuncu və əsas mərhələsində iştirak edən Serj Sarkisyan ordusunun qüdrətindən danışıb.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, təlimin son mərhələsində Sarkisyanı qondarma Respublikanın prezidenti Bako Saakyan, Müdafiə naziri Seyran Ohanyan və digər rəsmilər iştirak ediblər. Sarkisyan erməni ordusunun indiki vəziyyətindən o qədər razı qalıb ki, ordunun ünvanına təriflər belə yağdırmaqdan çəkinməyib.

Sarkisyan sülh mövqeyi tutmadığını və erməni xislətini bu fikirlərlə ifadə edib. "Mənim həmyaşıdların öz borclarını yerinə yetiriblər. Əminəm ki, siz öz borcunuzu bizdən də yaxşı qaytaracaqsınız. Sizin dövrün əsgərləri də, zabitləri də bizim dövrümüzlə müqayisədə daha hazırlıqlıdırlar. Bu inkişaf saxlanılmalı və artırılmaldır".

Sarkisyan ordunun modernləşməsi ilə bağlı da fikirlər səsləndirib və qeyd edib ki, Ermənistan ordusu ən müasir silahlarla təmin olunacaq.

Sadiq Musa
AzNews.az