- Köhnə - Region
- 29 Oktyabr 2015 21:22
- 4 639
Spirtli içkidən ölənlərin sayı 12 nəfərə çatıb - Türkiyədə
İstanbulda kustar üsulla hazırlanmış spirtli içkidən ölənlərin sayı 12 nəfərə çatıb, daha 6 nəfər reanimasiya şöbəsindədir.
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə Nazirliyinə istinadən NTV telekanalı yayıb.
Bundan öncə Səhiyyə Nazirliyi bildirmişdi ki, oktyabrın 18-də İstanbulun səhiyyə ocaqlarına alkoqoldan zəhərlənmə diaqnozu ilə 49 nəfər müraciət edib, onlardan 23-ü müalicə edilir.
Türkiyə KİV-inin məlumatına görə, İstanbulun 5 rayonunda onlarla insan qarın nayihəsində ağrı, ürəkgetmə, görmə qabiliyyətinin itməsi, ürəkbulanma ilə bağlı şikayətlə xəstəxanalara müraciət edib.
Məlum olub ki, onlar şəxsi adamlardan alınan kustar yolla hazırlanmış və küçələrdə 5 lirəyə (təxminən 1,7 dollar) satılan spirtli içki qəbul edib.
İstanbul polisi saxta içkini hazırlamaqda və satmaqda şübhəli bilinən 15 nəfəri saxlayıb.