İstanbul məhkəməsi "Nokta" jurnalının baş redaktoru Cevhəri Güvən və nəşrin xəbər şöbəsinin şef redaktoru Murat Çaranın həbs edilməsi ilə bağlı qərar qəbul edib. İstanbul məhkəməsi "Nokta" jurnalının baş redaktoru Cevhəri Güvən və nəşrin xəbər şöbəsinin şef redaktoru Murat Çaranın həbs edilməsi ilə bağlı qərar qəbul edib.

İki jurnalist həbs edildi - Türkiyədə

İstanbul məhkəməsi "Nokta" jurnalının baş redaktoru Cevhəri Güvən və nəşrin xəbər şöbəsinin şef redaktoru Murat Çaranın həbs edilməsi ilə bağlı qərar qəbul edib.


AzNews.az Report-a istinadən xəbər verir ki, onlar hökumət əleyhinə silahlı qiyama çagırışlarda ittiham olunur.

Bundan öncə polis Güvən və Çaranı insanları cinayət və qiyama təhrik etməkdə təqsirli bilərək saxlamışdı.

Onların həbsinə bazar günü Türkiyədə keçirilmiş parlament seçkilərinin yekununa dair məqalə səbəb olub. Nəşrin son buraxılışının birinci səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti çap olunmuşdu. Portretin altında "Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanması" ifadəsi verilmişdi. Prokurorluğun təkidi ilə İstanbul məhkəməsi nəşrin bu nömrəsinin müsadirə edilməsinə dair qərar qəbul edib.