Türkiyə hərbçiləri 4 İŞİD terrorçusunu məhv etdi

Türkiyə hərbçiləri Suriya ilə sərhəddə İŞİD terror qruplaşmasının 4 üzvünü məhv edib.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iki avtomobildə sərhəd boyu hərəkət edən terrorçular hərbçiləri atəşə tutub.

Türkiyə hərbçilərinin cavab atəşi ilə terrorçulardan 4-ü məhv edilib.

Qeyd edək ki, Suriya ordusu bu arada Hələb əyalətinin cənubunda yerləşən Əl İis yaşayış məntəqəsini terrorçulardan azad edib.