“İŞİD-in nəzarətində olan ərazilərdən neftin Türkiyəyə daşınmasından məlumatlarımız var”

Rusiya İŞİD-in nəzarəti altında olan ərazilərdən hasil olunan neft məhsullarının sənaye miqyasında Türkiyəyə daşınması barədə əlavə məlumatlar əldə edib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vlaidmir Putin Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında bildirib.

"İŞİD və digər terrorçu təşkilatların nəzarəti altında olan ərazilərdən hasil olunan neft məhsullarının sənaye miqyasında Türkiyə ərazisinə daşınması barədə əlavə məlumatlar əldə etmişik"- deyə Rusiya prezidenti qeyd edib.