Noyabrın 1-də 355 məhbus azadlığa buraxılacaq Noyabrın 1-də 355 məhbus azadlığa buraxılacaq

Gürcüstanda kütləvi amnistiya

Noyabrın 1-də 355 məhbus azadlığa buraxılacaq



Gürcüstanda yeni kütləvi amnistiya elan ediləcək. AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Cəzaların İcrası naziri Sozar Subari verib. Nazir ədliyyə və cəzaların icrası sahəsində də islahatların keçiriləcəyini deyib.

"Biz azadlıqdan məhrum edilən insanların cəzaların azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırırıq. Xəstə məhbusların azad edilməsi məsələsi də gündəlikdədir. Onların həbsxanada saxlanılmasının heç bir mənası yoxdur. Onların sayı onlarladır".

Sadiq Musa
AzNews.az