- Köhnə - Region
- 12 Dekabr 2015 22:57
- 5 116
“Hürriyet” qəzeti atəşə tutuldu
Ankarada “Hürriyet” qəzetinin redaksiyasının yerləşdiyi ofis atəşə tutulub.
AzNews.az APA-ya istinadən xəbər verir ki, polisin məlumatına əsasən, cinayətkarlar hərəkətdə olan avtomobildən atəş açıblar və dərhal hadisə yerindən uzaqlaşıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Məlumata görə, binaya 6 güllə dəyib, pəncərələrin şüşələri qırılıb.
İnsident nəticəsində xəsarət alan olmayıb.