- Köhnə - Region
- 14 Dekabr 2015 13:24
- 6 225
Rusiya Türkiyə ilə Ermənistan sərhədinə hərbi qüvvə göndərir – 7000 əsgər, raket və tank
Rusiya ErmənistanlaTürkiyə sərhədinə xüsusi hərbi qüvvələr yerləşdirəcək.
AzNews.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata əsasən Vladimir Putin Rusiya əsgərlərinin Ermənistana göndərilməsi haqda qərar verib. Məlumatda bildirilir ki, yaxın zamanda qərarın həyata keçirilməsinə başlanılacaq. Sərhədə göndəriləcək 7 min rus əsgəri Rusiyanın 58-ci korpusunun seçmə hərbi qüvvələrindən yaradılacaq. Həmin Rusiya hərbi qüvvələri raketlər və tanklarla da təmin olunacaq.
Qüvvələrin sərhədə yerləşdirilməsində məqsəd Ermənistanı Türkiyədən gələ biləcək hərbi hücumdan qorumaqdır.
Sevinc YASİNQIZI
AzNews.az